[b]Polina Rəhimova ulduzların oyununda[/b]
09.03.2017 - 14:58
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, hücumçumuz Yaponiyada keçiriləcək “Bütün ulduzlar” matçının iştirakçısı olacaq.
O, bu görüş üçün seçilən 28 ən yaxşı oyunçu sırasında yer alıb. Bu düşən voleybolçulardan 12-si azarkeşlər arasında səsvermə ilə seçilibsə, digərləri yarışın təşkilatçıları tərəfindən müəyyənləşdirilib. Polina da məhz təşkilatçılar tərəfindən bu qarşılaşmada oynamağa layiq bilinib.
Matç martın 25-də olacaq.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
0
0