Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XV tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə Çempionlar Liqasında “Azərreyl”in rəqibi olan “Fənərbaxça” meydana çıxıb.
İstanbul təmsilçisi “İdman Ocağı”nı qəbul edib. Qarşılaşma “sarı-lacivərdlilər”in asan qələbəsi ilə yekunlaşıb. “Fənərbaxça” qonaqlara bir set belə güzəştə getməyib – 3:0 (25:12, 25:16, 25:21).
Bu qələbədən sonra aktivində 36 xalı ola rəqibimiz ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasının növbəti – V turunda “Azərreyl”in qonağı olacaq. Görüş fevralın 23-nə təsadüf edəcək.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb