[b]XI turun cədvəli açıqlandı[/b]
31.01.2017 - 18:15
Kişi basketbolçular arasında Azərbaycan çempionatında XI turun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları fevralın 4-də keçiriləcək.
Hövsan Olimpiya İdman Kompleksindəki ilk matçda NTD U16 və “Marşallar” üz-üzə gələcək. Oyun saat 12:00-da başlayacaq.
Saat 13:30-da isə meydana “Dərviş”lə AzDNSU çıxacaq. Günün son matçında isə “80-lər”lə “Araz” qarşılaşacaq. Duel saat 15:00-da start götürəcək.
Qeyd edək ki, bu turda NTD istirahət edəcək.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
0
0