16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda çıxış edən Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Andorrada keçirilən yarışın B qrupunda mübarizə aparan Elşən Yusubovun yetirmələri San-Marino ilə qarşılaşıb.
Millimiz bu görüşdə 90:62 hesabı ilə qələbə qazanıb. Papuna Kirtadze hamıdan çox 34 xalla yığmamızın uğurunda pay sahibi olub.
Bu qələbə komandamızın 3-cü uğurudu. İlk turda Monakonu 74:63, ardınca isə Albaniyanı 78:66 hesabı ilə yenən yığmamız B qrupunun lideridi. Millimiz qrupdakı son oyununda meydan sahibləri ilə üz-üzə gələcək. Bu gün baş tutacaq matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər