[b]Yığmamızın kapitanı Türkiyə çempionatında![/b]
23.05.2017 - 10:04
Azərbaycan millisinin voleybolçusu Odina Bayramova karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın 27 yaşlı kapitanı Sultanlar Liqasında mübarizə aparan “Seramiksan” klubu ilə müqavilə imzalayıb.
Son mövsümü İtaliyanın “Firenze” klubunda keçirən Bayramova Turqutlu təmsilçisi ilə bir illik razılıq əldə edib. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqaviləsinin müddəti artırıla bilər.
Qeyd edək ki, Odina A seriyasına yollananadək Azərbaycanın “Şirvan”, “Bakı” və “Azərreyl” klublarında oynayıb.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
0
0