Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 19 yaşlı hücumçu “Bursa Böyükşəhər Bələdiyyəspor” klubu ilə müqaviləsini yeniləyib.
179 sm boya malik Başnakova heyətində "Çelenc Cup"ı qazandığı komanda ilə 1 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, əslən Belarusdan olan Nikalina “Bursa Böyükşəhər Bələdiyyəspor”un əvəzedici komandasına 2015-ci ildə “Azərreyl”in ikinci heyətindən yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın voleybolçusudu.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər