XII turun oyun cədvəli bəlli oldu
01.02.2026 - 16:26
XII turun oyun cədvəli bəlli oldu

Qadın və kişi voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqalarında XII turun oyunlarının vaxtı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Kişilərin matçları 3-4 fevralda, qadınların mübarizəsi isə 5-6 fevralda baş tutacaq.

3 fevral

Yüksək Liqa (kişilər) | XII tur

17:00. "Azərreyl" - "Gənclər"

FHN-nin idman zalı

4 fevral

Yüksək Liqa (kişilər) | XII tur

16:00. "Neftçi" - "Murov Az Terminal"

18:00. "ORDU" - "Xilasedici"

FHN-nin idman zalı

5 fevral

Yüksək Liqa (qadınlar) | XII tur

17:00. "Turan" - "Gəncə"

Tovuz OİK

16:00. "AZERRAIL" - UNEC

18:00. "Abşeron" - "Milli Aviasiya Akademiyası"

AVF-nin idman zalı

6 fevral

Yüksək Liqa (qadınlar) | XII tur

15:00. "Murov Az Terminal" - "DH Volley"

Murov Az Terminal VK-nın idman zalı