“Xilasedici”dən növbəti transfer
17.10.2025 - 11:36
“Xilasedici”dən növbəti transfer

Azərbaycanın Yüksək Liqa təmsilçisi "Xilasedici" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Markus Keeli transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı estoniyalı voleybolçu ilə bir mövsümlük müqavilə imzalanıb.