Yüksək Liqa: I turun təxirə salınan matçı keçirilib
                    
                    30.10.2025 - 18:20
                        
                     
                    Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınan matç keçirilib.
Apasport.az xəbər verir ki, sözügedən oyunda "Gənclər" komandası "Xilasedici" ilə üz-üzə gəlib.
FHN-nin idman zalında baş tutan görüş “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, kişi voleybolçular arasında Yüksək Liqanın III turunun oyunları noyabrın 6-da keçiriləcək.
Yüksək Liqa (kişilər)
I tur (təxirə düşən oyun)
30 oktyabr
“Gənclər” - “Xilasedici” - 0:3 (10:25, 15:25, 19:25)
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            