Yüksək Liqa: II turun proqramı müəyyənləşib
                    
                    09.12.2024 - 12:55
                        
                     
                    Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub.
Apasport.az xəbər verir ki, oyunlar dekabrın 10-11-də keçiriləcək.
Dekabrın 10-da MOİK - “Xilasedici” görüşü saat 15:00-da, "Azərreyl" - "Gənclər" qarşılaşması saat 17:00-da start götürəcək.
Növbəti gün saat 15:00-da isə “Murov Az Terminal” və "Neftçi" münasibətlərə aydınlıq gətirəcəklər.
Matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            