Yüksək Liqa: XI turun növbəti oyunları baş tutub
29.01.2026 - 19:27
Yüksək Liqa: XI turun növbəti oyunları baş tutub

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.

Burada "Gənclər" kollektivi "Xilasedici"yə 0:3 (18:25, 18:25, 14:25) hesabı ilə uduzub.

Qadınların çempionatında isə "Turan" "Gənclər"i 3:0 (25:20, 25:11, 25:17), "DH Volley" isə "Azərreyl"i 3:0 (25:13, 27:25, 25:15) hesabları ilə məğlub ediblər.