Yüksək Liqa: Yarımfinal mərhələsinə bu gün start veriləcək
15.04.2025 - 09:38
Yüksək Liqa: Yarımfinal mərhələsinə bu gün start veriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.