Yüksək Liqada III turun proqramı müəyyənləşib
                    
                    11.12.2024 - 12:57
                        
                     
                    Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun proqramı müəyyənləşib.
Apasport.az xəbər verir ki, görüşlər dekabrın 13-də baş tutacaq.
Qeyd edək ki, oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində və UNEC Voleybol Klubunun idman zalında keçiriləcək.
Azərbaycan Yüksək Liqası
III tur
13 dekabr
15:00. “Milli Aviasiya Akademiyası” - “Abşeron”
17:00. “Murov Az Terminal” - “Gəncə”
17:00. UNEC - “Azərreyl”
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            