Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
22.03.2026 - 13:53
Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub

Qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinin oyunlarının keçirilmə yeri və vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, görüşlərə martın 27-də start veriləcək.

Qeyd edək ki, pley-off mərhələsində 1/4 və 1/2 final görüşləri ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq.

İki oyunun nəticəsinə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyən etmək üçün “qızıl set” oynanılacaq. Bürünc və qızıl medal uğrunda görüşlər isə bir oyundan ibarət olacaq.

Oyun proqramı
27 mart
Yüksək Liqa
1/4 final, 1-ci oyun

15:00. “Murov Az Terminal” – “Turan”
17:00. “Azərreyl” – “DH Volley”
GİN-in Voleybol Mərkəzi

28 mart  

15:00. “Abşeron” – “Milli Aviasiya Akademiyası”
17:00. UNEC – “Gəncə”
GİN-in Voleybol Mərkəzi

2 aprel
1/4 final, cavab matçları

16:00. “Turan” – “Murov Az Terminal”
Tovuz OİK
18:00. “DH Volley” – “Azərreyl”
GİN-in Voleybol Mərkəzi

3 aprel

16:00. “Milli Aviasiya Akademiyası” – “Azərreyl”
18:00. “Gəncə” – UNEC
GİN-in Voleybol Mərkəzi