Yüsək Liqa: II tura start verilib
20.10.2025 - 20:36
Yüsək Liqa: II tura start verilib

Bu gün qadın voleybolçuların Yüksək Liqasında II tur çərçivəsində “Azerreyl” - “DH Volley” oyunu keçirilib.

Apasport.az xəbər verir ki, AVF-nin idman zalında təşkil olunan qarşılaşmada qalib tay-brekdə müəyyən olunub.

Oyunda 3:2 hesabı ilə qalib gələn “DH Volley” çempionata qələbə ilə start verib. 

Qeyd edək ki, turun növbəti oyunları 21-23 oktyabr tarixlərində keçiriləcək. 

Yüksək Liqa (qadınlar) 
II tur
“Azerreyl” – “DH Volley” 2:3 (25:23, 20:25, 11:25, 25:23, 12:15)