Zaur Hacıyev CEV Kubokuna təyinat alıb
                    
                    12.11.2024 - 15:54
                        
                     
                    Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev CEV Kubokuna təyinat alıb.
Apasport.az xəbər verir ki, həmyerlimiz qadınlar arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY İstanbul” və Monteneqronun “OK Herceg Novi" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Qeyd edək ki, noyabrın 13-də Türkiyədə baş tutacaq matçın digər hakimi çexiyalı Roman Marsçnerdir.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            