Firdovsi Umudov: “Uğurlu nəticələrimizin davamı gələcək”
08.11.2025 - 16:48
Firdovsi Umudov: “Uğurlu nəticələrimizin davamı gələcək”

"Şükür Allaha, ilk medallarımızı qazandıq".

Bu sözləri Apasport.az saytının turnirə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

O, bu nəticəni Azərbaycan xalqına həsr etdiklərini bildirib:

"Bu münasibətlə bütün azarkeşləri, xalqımızı təbrik edirəm. Nurayın 15 yaşı dekabrda tamam olacaq. Bu çox böyük nəticə, uğurdur. Onun göstərdiyi əzmkarlıq federasiya olaraq bizi də çox sevindirdi. Üstəlik, bu uğur xalqımız üçün böyük bir günə - Zəfər Gününə təsadüf etdi. Bu medalı Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqına həsr edirik. İnşallah, uğurlu nəticələrimizin davamı gələcək. Qarşıda medal qazanmaq potensialına malik digər ağırlıqqaldıranlarımız da çıxış edəcəklər. Bu uğur dövlətimizin,Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə zəhmətinin nəticəsidir".

Qeyd edək ki, 15 yaşlı ağırlıqqaldıranımız Nuray Əbilova 48 kq çəki dərəcəsində 3 bürünc medal qazanıb.