Təmsilçimiz Özbəkistanda gümüş medal qazanıb
09.04.2025 - 16:34
Yeniyetmə atletimiz İsa Əliyev Özbəkistanın Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” açıq turnirində iştirak edib.
Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan İsa Əliyev birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək bu hərəkətdə yarışın gümüş medalını qazanıb.
Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.
- Çexiya millisi son 14 ildə ilk dəfə dünya çempionu oldu
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Orxan Məmmədov: "Bu gün Azərbaycan minifutbol tarixində yeni səhifə açılır"
- İspaniya Kuboku: "Barselona" və "Real"ın rəqibləri müəyyənləşdi
- Vadim Abdullayev: "Qırmızı vərəqə Mahir Emrelidən çox mənə təsir etdi"
0
0