Mayın 26-28-də Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə “Maksima Masters” Avrasiya kuboku uğrunda yarış keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Aydın Əlibəyov uğurlu çıxış edərək, 5 qızıl medal qazanıb.
Yarışda 3 atla iştirak edən Aydın ilk gündə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və Prix Sant George proqramı üzrə 1 bürünc, ikinci gündə isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və İntermediate 1 Freestyle proqramında 1 qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Əlibəyov əldə etdiyi möhtəşəm qələbəni tariximizin şanlı səhifələrindən olan 28 May – Müstəqillik Gününə həsr etdiyini bildirib.
- Türkiyə FIFA reytinqində gerilədi - 10 pillə birdən
- DÇ-2022-nin 31-ci iştirakçısı Avstraliya oldu!
- “Mançester Siti” və “Aston Villa” yarımfinalda
- Millimizin üzvü: "Parisdə arxayınlaşmaq olmaz"
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”