Modriç matçın oyunçusu oldu
25.06.2024 - 01:44

Avro-2024-ün qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən Xorvatiya - İtaliya oyununun (1:1) ən yaxşısı müəyyənləşib.
Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada Xorvatiya millisinin kapitanı Luka Modriç layiq görülüb.
Matçın 54-cü dəqiqəsində penaltini qaçıran 38 yaşlı yarımmüdafiəçi 1 dəqiqə sonra komandasını hesabda önə keçirib. Lakin Mordiçin bu qolu qələbə üçün kifayət etməyib. 90+8-ci dəqiqəsində qol görən xorvatlar yekunda heç-heçə ilə kifayətləniblər.
- Avropa Liqası: "Qarabağ" "Ayaks"a da uduzdu - YENİLƏNİB
- Tahir Gözəl: “Neftçi"yə qarşı matçı yoldaşlıq oyunu kimi görürdüm”
- Yamal bu göstəriciyə görə Avropanın TOP-5 liqasında mövsümün ən yaxşı oyunçusudur
- Millimizin üzvü oynadı, komandası finalda məğlub oldu
- Kikboksinq üzrə Avropa çempionatı Bakıda keçirilə bilər
0
0