Noyer qapıçılar arasında liderdir
24.06.2024 - 11:18
Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatında qapıçılar arasında keçirdiyi oyunların sayına görə rekord qırıb.
Apasport.az xəbər verir ki, bu, Almaniyanın İsveçrə ilə qrup mərhələsinin son oyununda baş verib. Bu görüş Noyerin qitə çempionatlarında 18-ci oyunu olub.
Bundan əvvəlki nailiyyət - italiyalı Canluici Buffona məxsus idi (17 oyun).
Almaniya vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb. İsveçrə isə Almaniya ilə oyundan sonra pley-offa yüksəlib.
Xatırladaq ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
- “Turan Tovuz” Panama millisinin üzvü ilə müqavilə yeniləyəcək
- Hidayət Heydərov: "İkinci dəfə olimpiya çempionu olmaq istəyirəm" - Müsahibə
- 10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR
- Zlatko Daliç: "Əsas favoriti sıradan çıxardıq"
- İtaliya klubundan tarixi transfer
0
0