17 ildir tikintisi yarımçıq dayandırılan Şirvan şəhər stadionu - VİDEO
19.09.2025 - 01:10
17 ildir tikintisi yarımçıq dayandırılan Şirvan şəhər stadionu - VİDEO

2004-cü ildə sökülərək yeni idman kompleksinin tikintisinə start verilmiş Şirvan şəhər stadionunun durumu acınacaqlı olaraq qalır. 

Apasport.az xəbər verir ki, şəhərin 3 min tamaşaçı tutumuna malik olan keçmiş stadionundakı tikinti işləri 2008-ci ilin sentyabr ayında dayandırılıb.

Yeni idman kompleksinin inşasında yaranan fasilə 17 ildir ki, davam edir.

APA TV-nin məsələ ilə bağlı hazırladığı reportajı təqdim edirik: