17 yaşlı futbolçumuz Türkiyədə debüt edib
18.08.2024 - 11:09
17 yaşlı azərbaycanlı futbolçu Həsən Nəzərov "Ankaragücü" klubunun əsas heyətində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, dünən baş tutan "Erzurumspor"la matçın 84-cü dəqiqəsində meydana daxil olan Həsən sona qədər meydanda qalıb.
Azərbaycanın U-17 millisinin kapitanı olan Həsən Nəzərov "Ankaragücü"nün U-17 və U-19 komandalarında çıxış edib. Baş məşqçi Cihat Arslanın diqqətini çəkən Həsən əsas komandaya cəlb edilib.
Qeyd edək ki, Renat Dadaşov da "Ankaragücü" klubunda çıxış edir.
- Voleybol üzrə ölkə çempionatının növbəti oyunlarına start veriləcək
- Avropa Kuboku: "Sabah" Belçika klubu ilə qarşılaşacaq - YENİLƏNİR
- "Fənərbaxça" və "Qalatasaray"ın ÇL-dəki rəqibləri bəlli olub
- “Qəbələ”dən qələbə ilə vida - YENİLƏNİB
- Azərbaycanlı hakim Avropa çempionatının yarımfinal mərhələsinə təyinat alıb
0
0