2 gimnastımız Niderlandda qızıl medal qazanıb
18.03.2024 - 10:20
Azərbaycanın daha 4 batutçusu Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024" beynəlxalq turnirində medal qazanıb.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi proqramda ölkəmizi təmsil edən Selcan Mahsudova və Ömər Qasımlı qızıl, Ammar Baxşaliyev və Samirə Hüseynova gümüş mükafata sahib çıxıblar.
Qeyd edək ki, daha əvvəl eyni turnirdə sinxron proqramda Əli Niftəliyev və Ammar Baxşaliyev qızıl, Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal əldə ediblər.
- III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yerini qoruyub
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- Varandan gözlənilməz qərar - Dünya futbolu təəccüb içində
- Trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib
- "Qarabağ"da gözlənilməz ayrılıq - ÖZƏL
0
0