2 taekvondoçumuz Avropa çempionu oldu
06.11.2022 - 09:55
Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb.
Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz Vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.
- "Səbail" uduzdu, "Qarabağ"dan uğursuz start - YENİLƏNİB
- Azərbaycan milliləri Avropa Liqasında iştirak edəcəklər
- “İnter”dən 12 illik uğursuzluğa son
- Premyer Liqa oyunları üçün təyyarədən istifadə edilməsin - TƏKLİF
- Qara Qarayev: "Futbolçular Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi"
0
0