Misli Premyer Liqasında 2024/25 mövsümünün bütün mükafatçıları bəlli olub.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın qızıl, “Zirə”nin gümüş medalı təmin etməsindən sonra bürünc mükafatçı XXXV turda dəqiqləşib.
“Araz-Naxçıvan” “Şamaxı” ilə səfər oyunundan (0:1) sonra 3-cü yeri təmin edib.
Premyer Liqanın bütün mükafatçıları
| mövsüm | çempion | II yer | III yer |
| 1992 | Neftçi (Bakı) | Xəzər (Sumqayıt) | Turan (Tovuz) |
| 1993 | Qarabağ (Ağdam) | Xəzər (Sumqayıt) | Turan (Tovuz) |
| 1993/94 | Turan (Tovuz) | Qarabağ (Ağdam) | Kəpəz (Gəncə) |
| 1994/95 | Kəpəz (Gəncə) | Turan (Tovuz) | Neftçi (Bakı) |
| 1995/96 | Neftçi (Bakı) | Xəzri (Buzovna) | Kəpəz (Gəncə) |
| 1996/97 | Neftçi (Bakı) | Qarabağ (Ağdam) | Xəzri (Buzovna) |
| 1997/98 | Kəpəz (Gəncə) | Dinamo (Bakı) | Şəmkir |
| 1998/99 | Kəpəz (Gəncə) | Şəmkir | Neftçi (Bakı) |
| 1999/2000 | Şəmkir | Kəpəz (Gəncə) | Neftçi (Bakı) |
| 2000/01 | Şəmkir | Neftçi (Bakı) | Viləş (Masallı) |
| 2001/02 | Yarımçıq qalıb | ||
| 2002/03 | Keçirilməyib | ||
| 2003/04 | Neftçi (Bakı) | Şəmkir | Qarabağ-Azərsun (Ağdam) |
| 2004/05 | Neftçi (Bakı) | Xəzər-Lənkəran | Karvan (Yevlax) |
| 2005/06 | Bakı | Karvan (Yevlax) | Neftçi (Bakı) |
| 2006/07 | Xəzər-Lənkəran | Neftçi (Bakı) | Bakı |
| 2007/08 | İnter (Bakı) | Olimpik (Bakı) | Neftçi (Bakı) |
| 2008/09 | Bakı | İnter (Bakı) | Simurq (Zaqatala) |
| 2009/10 | İnter (Bakı) | Bakı | Qarabağ (Ağdam) |
| 2010/11 | Neftçi (Bakı) | Xəzər Lənkəran | Qarabağ (Ağdam) |
| 2011/12 | Neftçi (Bakı) | Xəzər Lənkəran | İnter (Bakı) |
| 2012/13 | Neftçi (Bakı) | Qarabağ (Ağdam) | İnter (Bakı) |
| 2013/14 | Qarabağ (Ağdam) | İnter (Bakı) | Qəbələ |
| 2014/15 | Qarabağ (Ağdam) | İnter (Bakı) | Qəbələ |
| 2015/16 | Qarabağ (Ağdam) | Zirə (Bakı) | Qəbələ |
| 2016/17 | Qarabağ (Ağdam) | Qəbələ | İnter (Bakı) |
| 2017/18 | Qarabağ (Ağdam) | Qəbələ | Neftçi (Bakı) |
| 2018/19 | Qarabağ (Ağdam) | Neftçi (Bakı) | Səbail (Bakı) |
| 2019/20 | Qarabağ (Ağdam) | Neftçi (Bakı) | Keşlə (Bakı) |
| 2020/21 | Neftçi (Bakı) | Qarabağ (Ağdam) | Sumqayıt |
| 2021/22 | Qarabağ (Ağdam) | Neftçi (Bakı) | Zirə (Bakı) |
| 2022/23 | Qarabağ (Ağdam) | Sabah (Bakı) | Neftçi (Bakı) |
| 2023/24 | Qarabağ (Ağdam) | Zirə (Bakı) | Sabah (Bakı) |
| 2024/25 | Qarabağ (Ağdam) | Zirə (Bakı) | Araz-Naxçıvan |
Bu, “Araz-Naxçıvan”ın tarixində ilk medal olub. Muxtar Respublika təmsilçisi Azərbaycan çempionatları tarixində mükafat qazanan 20-ci komandadır. 1992-ci ildən keçirilən yarışda əvvəlki illərdə 19 klub “üçlüy”ə düşməyi bacarıb.
Premyer Liqanın mükafatçıları klublar üzrə:
| klub | I | II | III |
| Qarabağ (Ağdam) | 12 | 4 | 3 |
| Neftçi (Bakı) | 9 | 5 | 7 |
| Kəpəz (Gəncə) | 3 | 1 | 2 |
| Şamaxı | 2 | 3 | 4 |
| Bakı | 2 | 2 | 2 |
| Şəmkir | 2 | 2 | 0 |
| Turan (Tovuz) | 1 | 1 | 2 |
| Xəzər Lənkəran | 1 | 3 | 0 |
| Zirə (Bakı) | 0 | 3 | 1 |
| Qəbələ | 0 | 2 | 3 |
| Xəzər (Sumqayıt) | 0 | 2 | 0 |
| Xəzri (Bakı) | 0 | 1 | 1 |
| Karvan (Yevlax) | 0 | 1 | 1 |
| Sabah (Bakı) | 0 | 1 | 1 |
| Olimpik (Bakı) | 0 | 1 | 0 |
| Simurq (Zaqatala) | 0 | 0 | 1 |
| Viləş (Masallı) | 0 | 0 | 1 |
| Səbail (Bakı) | 0 | 0 | 1 |
| Sumqayıt | 0 | 0 | 1 |
| Araz-Naxçıvan | 0 | 0 | 1 |
Qeyd edək ki, “Bakı” “Dinamo”, “Şamaxı” “İnter” və “Keşlə”, “Qarabağ” “Qarabağ-Azərsun”, AZAL isə “Olimpik” adı altında mükafat qazanıb.