38 mövsümün ən zəif nəticəsini
17.04.2023 - 12:59

“Valensiya” uğursuzluq zolağından çıxa bilmir.
Apasport.az saytı xəbər verir ki, La Liqanın XXIX turunda evdə “Sevilya”ya 0:2 hesabı ilə məğlub olan komanda son 38 mövsümün ən zəif nəticəsini göstərib.
"Yarasalar" çempionatda keçirdiyi 29 matçdan 27 xal yığıblar və bu, klubun 24 xal topladığı 1985/86 mövsümündən bəri ən pis nəticəsidir.
Qeyd edək ki, son 5 matçda aktivinə cəmi 4 xal yazdıran Ruben Baraxanın yetirmələri turnir cədvəlinin 18-ci pilləsində yer alırlar.
- “Quba”nın baş məşqçisi: “Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq”
- Əlil arabasından böyük futbolçuya aparan yol - ULDUZLAR
- Premyer Liqa: "Neftçi" 3 xala həsrət qalıb - YENİLƏNİB
- Bombardirlər siyahısında dəyişiklik – Ozobiç rekordun bir addımlığında
- Cüdoçularımızın Paris olimpiadasındakı proqramı müəyyənləşib
0
0