7 gimnastımız beynəlxalq turnirdə iştirak edəcək
20.03.2024 - 11:51
Azərbaycanın 7 gimnastı Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az xəbər verir ki, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Əliəkbər Hadi, Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli yarışda qüvvələrini sınayacaqlar.
Onlar bu gün startı veriləcək turnirdə tamblinq növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, martın 22-dək davam edəcək yarışa beynəlxalq dərəcəli hakim Rahib Əliyev və məşqçi Yasir Tanrıverdiyev də idmançılarla birlikdə yola düşəcəklər.
- Laurentsiu Regekampf: "Şanslardan yararlanmayanda məğlubiyyətə layiq olursan"
- "Brayton"un baş direktoru "Çelsi"ni lağa qoydu
- 51-ci final - Avropa Liqasında
- Şəhid övladları və Bakı-İstanbul liseyinin şagirdləri üçün stadion turu - FOTO - VİDEO
- Almaniya millisinin sabiq üzvü Renat Dadaşovun komanda yoldaşı olub
0
0