70-ci qolçu
20.11.2022 - 17:46
Elvin Cəfərquliyev Azərbaycan millisində qol hesabını açıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Şimali Makedoniya ilə yoldaşlıq görüşündə fərqlənib.
Skopyedəki matçda 22 yaşlı cinah oyunçusu özünün yığmadakı 8-ci oyununda ilk qolunu vurub. Cəfərquliyev yığma tarixinə qol sevinci yaşayan 70-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 69 futbolçumuz rəqib qapısına yol tapıb.
Qeyd edək ki, ilk hissəsi gedən Şimali Makedoniya – Azərbaycan oyununda hazırda hesab 1:1-dir.
- "Beşiktaş" ispaniyalı müdafiəçini istəyir - RAZILAŞMA ƏLDƏ OLUNUB
- “Olimpiakos”un qapıçısı: “Qarabağ”la düşməyi heç istəmirdim”
- İki boksçumuz Avropa birinciliyində bürünc medalı təmin edib
- Qurbanov irəlilədi, Regekampf mövqeyini qorudu
- Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı olacaq
0
0