AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
20.07.2025 - 18:58
AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib.

Apasport.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən tədbir iyulun 23-də start götürəcək U-15 və yeniyetmələrin Avropa birinciliyi ərəfəsində təşkil olunub.

Xüsusi Konqresdə gündəlikdə yer alan məsələlər müzakirə edilib.