Adil Şükürov rəsmən “Kəpəz”də
13.11.2023 - 16:42
“Kəpəz” klubunun yeni baş məşqçisi məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama verib.
Baş məşqçi postu Adil Şükürova tapşırılıb. Gənc mütəxəssislə 2 illik müqavilə bağlanılıb. Məşqçi bu gündən vəzifəsinin icrasına başlayıb. Adil Şükürov vaxtilə futbolçu kimi də bu komandada çıxış edib.
Qeyd edək ki, o, 1999/2000-ci illər mövsümündə "sarı-göylər"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
- “Karvan”ın futbolçusu: “Daha əvvəl də Azərbaycanda oynamaq imkanım olmuşdu”
- DÇ-26: Meksika Cənubi Koreyanı məğlub etdi - YENİLƏNİB
- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- Millətlər Liqası: Türkiyə yığmasının rəqibi bəlli olub - YENİLƏNİB
- Stolüstü tennisçilər Daşkəndə yollanıblar
0
0