AFFA bu klubları cərimələdi
16.04.2025 - 14:08
AFFA bu klubları cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub:

11.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 37);
 
12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Turan Tovuz” komandası 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);
 
12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin (maddə 52.1);
 
12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
 
12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sabah” klubu 500 manat cərimə edilsin (maddə 36.5);
 
12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Sumqayıt” – “Şamaxı” oyununda “Şamaxı” klubunun fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 96);
 
13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilsin (maddə 43.7);
 
13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 37);
 
13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilsin (maddə 48.3);
 
10.04.2025-ci il tarixində I Liqada XXI turun “Zaqatala” – “Baku Sporting” oyununun 17-ci dəqiqəsində “Baku Sporting” klubunun 1 nömrəli oyunçusu Cəfər Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Baku Sporting” klubu 100 manat cərimə edilsin (maddə 41);
 
10.04.2025-ci il tarixində I Liqada XXI turun “Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Qaradağ Lökbatan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
11.04.2025-ci il tarixində I Liqada XXI turun “Karvan” – “İmişli” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 52.1);
 
11.04.2025-ci il tarixində I Liqada XXI turun “Karvan” – “İmişli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
 
11.04.2025-ci il tarixində I Liqada XXI turun “Karvan” – “İmişli” oyunu bitdikdən sonra “İmişli” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
 
11.04.2025-ci il tarixində I Liqada XXI turun “Qəbələ” – “Difai” oyununda “Difai” komandasında 5 futbolçu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
14.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXX turun “Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 33-cü dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli oyunçusu Amur Yusifov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kəpəz-2” komandası 100 manat cərimə edilsin (maddə 41);
 
14.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXX turun “Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 53-cü dəqiqəsində “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandası 80 manat cərimə edilsin (maddə 52.1);
 
14.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXX turun “Neftçi-2” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi-2” komandası 100 manat cərimə edilsin (maddə 72.4);
 
13 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Zəfər 44-Masallı PFK oyununda Masallı PFK komandasının rəhbəri Mirələm Həşimov qarşılaşmanın 88-ci dəqiqəsində hakimə şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3);
13 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Topçular FK-Qaradağ Şıxlar FK oyununda Qaradağ Şıxlar FK komandasının heyətində N1 futbolçu Röyal Bədəlov qarşılaşmanın 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
 
12 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ümid FK(Saatlı)-Şirvan OİK oyununda Ümid FK(Saatlı) komandasının heyətində N4 futbolçu Elvin Bədirov qarşılaşmanın 68-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalansın. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.1, 32);
 
12 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ümid FK(Saatlı)-Şirvan OİK oyununda Qarşılaşmanın 68-ci dəqiqəsində Şirvan OİK komandasının heyətində N9 futbolçu Cavid Nəcizadə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalansın. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.1, 32);
 
12 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Dinamo(Bakı)FK–Universal Football Academy oyununda Dinamo(Bakı) FK komandasının heyətində N8 futbolçu Nicat Nəsirli qarşılaşmanın 56-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
 
12 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Dinamo(Bakı)FK–Universal Football Academy oyununda Qarşılaşmanın 56-cı dəqiqəsində Universal Football Academy komandasının heyətində N66 futbolçu Hüseyn İbrahimov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
 
11 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK–Qəbələ İK oyununda Qəbələ İK komandasının heyətində N1 futbolçu Nicat Kərimov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
 
12 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK–Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının heyətində N2 futbolçu Yusuf Bağırov qarşılaşmanın 72-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
12 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK–Neftçi PFK oyununda Şamaxı FK komandasının heyətində N5 futbolçu Natiq Ağamalıyev qarşılaşmanın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
 
14 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Səbail PFK–Sabah FK oyununda Səbail PFK komandasının heyətində N15 futbolçu Amin Nəzərli rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
 
12 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK–Qarabağ FK oyununda Zirə PFK komandasının heyətində N8 futbolçu Musa Mustafayev qarşılaşmanın 52-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
12 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK–Qarabağ FK oyununda Qarşılaşmanın 79-cu dəqiqəsində Zirə PFK komandasının heyətində N34 futbolçu Qurban Cəlilov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyun cəzalansın (maddə 43.1);
 
12 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK–Qarabağ FK oyununda Qarşılaşmanın 78-ci dəqiqəsində Qarabağ FK komandasının N13 futbolçu Rəvan Teymurov qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
12 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK–Qarabağ FK oyununda Qarşılaşmanın 78-ci dəqiqəsində Qarabağ FK komandasının baş məşqçisi Rəşad Sadiqov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);
 
12 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK–Qarabağ FK oyununda Qarşılaşmanın 90+1-ci dəqiqəsində Qarabağ FK komandasının heyətində N8 futbolçu Əli Qazibəyov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalansın. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.1, 32);
 
13 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Şamaxı FK–Masallı PFK oyununda Şamaxı FK komandasının heyətində N19 futbolçu Əli Əliyev qarşılaşmanın 80-ci dəqiqəsində hakimin icazəsi olmadan meydana daxil olduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
13 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Sumqayıt FK–VƏTƏN İOEUGFMPHŞ oyununda Sumqayıt FK komandasının heyətində N6 futbolçu Vəli Abbasov qarşılaşmanın 70-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
12 aprel 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Lion PFK–Sabah FK oyununda Lion PFK komandasının heyətində N30 futbolçu Faiq Hüseynov qarşılaşmanın 81-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
14 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Metak–ASTA FK oyununda Metak komandasının heyətində N12 futbolçu Daud Aslanov qarşılaşmanın 76-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
 
12 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Arpaçay(Şərur) – Araz Naxçıvan PFK oyununda Arpaçay(Şərur) komandasının heyətində N77 futbolçu Rəman Əzizli qarşılaşmanın 75-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
12 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Qarabağ FK –Troya FC oyunu Troya FC komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Troya FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin.Troya FC 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə Troya FC komandası yarışlardan kənarlaşdırılsın (maddə 63.1);
 
13 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Atletico Baku FK –Modern FK oyunu Atletico Baku FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Atletico Baku FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
13 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Nabran(Xaçmaz)- Şirvansaray FK oyununda Şirvansaray FK komandasının baş məşqçisi Azər Nəsirov qarşılaşmanın 45-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə  meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun cəzalansın (maddə 43.4);
 
13 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Şamaxı FK – Astara FK oyununda Şamaxı FK komandasının heyətində N4 futbolçu Fərid Ağasarlı qarşılaşmanın 58-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 40.3);
 
11 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən UGİM(Şərur) – Araz Naxçıvan PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N13 futbolçu Sadiq Mustafayev qarşılaşmanın 76-cı dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
11 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən UGİM(Babək) – UGİM(Ordubad) oyununda UGİM(Babək) komandasının heyətində N4 futbolçu Adıgözəl Mehdiyev qarşılaşmanın 78-ci rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
 
13 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Azəri(Gəncə) – Kəpəz PFK oyununda Azəri(Gəncə) komandasının heyətində N4 fubolçu Emin Bayramlı qarşılaşmanın 14-cü dəqiqəsində rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 40.3);
 
13 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Azəri(Gəncə) – Kəpəz PFK oyununda Qarşılaşmanın 14-cü dəqiqəsində Kəpəz PFK komandasının heyətində N19 futbolçu Mehdi Niftəliyev rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 40.3);
 
12 aprel 2025-ci il tarixində AFFA U-11 Liqasında keçirilən Gəncə – Lokomotiv(Gəncə) oyununda Lokomotiv(Gəncə) komandasının baş məşqçisi Samir Allahverdiyev qarşılaşmanın 18-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 53.1);
 
13 aprel 2025-ci il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Ramal (Tərtər) –Olimpiya(Ağcabədi) oyunu Olimpiya(Ağcabədi) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Olimpiya(Ağcabədi) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Olimpiya(Ağcabədi) 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə Olimpiya(Ağcabədi) komandası yarışlardan kənarlaşdırılsın (maddə 63.1);
 
13 aprel 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilməli olan Azart –Sahil FA oyunu Azart komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Azart komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Azart 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə Azart komandası yarışlardan kənarlaşdırılsın (maddə 63.1);
 
12.04.2025-ci il tarixində AFFA U-13 Qızlar Liqasının “Ümid (Gəncə)-Kəpəz PFK” oyununda Ümid (Gəncə) komandasının yetərsayı olmadığı üçün oyun baş tutmadığına görə Ümid (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).