Azərbaycan I Liqasında mübarizə aparan “Cəbrayıl” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ruslan 93 İdman Kompleksində baş tutan seminarda UEFA-nın oyunların toxunulmazılığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.
- Meksikalı boksçu Messiyə əsəbləşdi: “Allaha dua edirəm ki, onunla rastlaşmayım”
- Türkiyədə qış "transfer pəncərəsi" açılıb
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Regekampf: “Qarabağ”la matçadək onlar sərəncamımda olacaq”
- Bundesliqada ötən ayın ən yaxşısı bəlli olub