AFFA İntizam Komitəsi 2022/23 mövsümünün ilk iclasını keçirib.
Apasport.az saytının məlumatına görə, komitə Misli Premyer Liqasının I turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.
“Zirə” ilə oyunda meydana kənar əşyalar atıldığı üçün “Kəpəz” 1600 manat cərimələnib. Rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alan “Zirə”nin müdafiəçisi Dmitrios Çantakias 1 oyunluq cəzalandırılıb, klubuna 200 manat ziyan vurub.
“Səbail”lə ev matçında 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 800 manat cərimə edilib.
“Qəbələ” ilə qarşılaşmada “Turan Tovuz”un futbolçusu Piruzi Marakvelidze ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 turu kənardan izləməli olacaq. Bu, tovuzluların 1600 manat cərimələnməsinə səbəb olub.
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Azərbaycan 2023-cü ildə cüdoda ilk qızıl medalını qazandı - FOTOLENT
- Azərbaycan millisinin heyəti açıqlanıb
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- “Araz-Naxçıvan”ın ÇL-dəki oyunlarının təqvimi açıqlanıb