
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıda adları sadalanan klublara AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib:
“Liman” FK, “Sabah” FK, “Şəfa” FK, “Təhsil 8” FK, “Ümid” FK, “Zaqatala” QFK.
Bununla da 2025/2026-cı illər mövsümündə Yüksək Qızlar Liqası yarışlarında çıxış edəcək klubların sayı 12 olaraq tamamlanıb. Siyahı belədir:
1. Araz Naxçıvan PFK
2. Baku Juniors FK
3. Dirçəliş FK
4. Liman FK
5. Neftçi PFK
6. Qəbələ İK
7. Sabah FK
8. Sumqayıt FK
9. Şəfa FK
10. Təhsil 8 FK
11. Ümid FK
12. Zaqatala QFK
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- “Qarabağ” təsdiqlədi: Rahil Məmmədov Polşa yolunda
- Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
- “Qarabağ” – “Hakken” oyunu üçün METRONUN İŞ REJİMİ DƏYİŞDİRİLDİ
- Kadini "Qarabağ"dan istəyən xarici klubun adı BİLİNDİ