AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən onlayn seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbir futbol komandalarında çalışan azarkeşlər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün nəzərdə tutulub.
Dördüncü dəfə təşkil olunan iclasda azarkeşlərlə əlaqələndirici şəxslər üçün hədəf auditoriyası, xarici təşkilatlar, həmçinin Avropa Futbol Azarkeşləri (FSE) təşkilatında fan klubların qeydiyyatı və digər mövzular haqqında danışılıb.
Seminar zamanı "Sumqayıt" klubunun nümayəndəsi Sənan Mirzəyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu haqqında məlumatları digər klub nümayəndələri ilə paylaşıb.
- “Barselona”nın futbolçusu avtomobillə azarkeşin üstünə çıxdı
- Qadınlar arasında Azərbaycan çempionu bəlli olur
- Sabiq “Arsenal”lı ittihamlardan bəraət aldı - günahsız olduğu sübut olundu
- Qurban Qurbanov: "Bir komanda ilə 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
- Ülvi İsgəndərov: "Qəbələ" mənim ikinci ailəmdir” - Müsahibə