AFFA “Qarabağ” və “Sabah” klublarını cərimələnib.
Apasport.az xəbər verir ki, qərarı qurumun İntizam Komitəsi çıxarıb.
Cəzalar Misli Premyer Liqasının XXVIII turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda baş verən hadisələrlə bağlı tətbiq olunub.
Oyundan sonra “Qarabağ” azarkeşlərinin olduğu sektordan meydana kənar şəxslər daxil olduğuna görə klub 5000 manat cərimə edilib.
“Sabah” komandasında 6 futbolçunun sarı vərəqə almasına görə klub 700 manat cərimələnib.
Bundan başqa, “Sabah”ın futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb. Klub isə buna görə 1000 manat cərimə olunub.
Oyundan sonra “Sabah” azarkeşlərinin olduğu sektordan da meydana kənar şəxslər daxil olduğuna görə klub əlavə 5000 manat cərimə edilib.
- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- A Seriyası: “Torino” “Roma” səfərindən 3 xalla qayıdıb
- Klub direktoru xəstəxanaya yerləşdirildi, matç təxirə salındı
- Adı “Qarabağ”la hallanan forvard BƏƏ klubuna keçib
- "Zirə"nin 2-ci mərhələdəki potensial rəqibləri bəlli oldu