AFFA rəsmiləri UEFA-nın tədbirində
23.04.2025 - 17:30

AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.
Apasport.az xəbər verir ki, “UEFA VAR simpoziumu” adlı tədbirdə bir sıra mövzular müzakirə edilib.
Əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi; gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər; ilkin yaradılma məqsədi; əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri; oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarət olub.
Qeyd edək ki, “UEFA VAR simpoziumu” tədbirinə aprelin 24-də yekun vurulacaq.
- Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli oldu
- Samir Abasov: "Azarkeşlərimizə o qədər vədlər verilib ki..."
- Azərbaycan çempionatında II dövrənin son oyunlarının vaxtı açıqlandı
- Rövlan Muradov: "Qarabağ"la matçda üç xal qazansaq, daha gözəl olardı" - MÜSAHİBƏ
- Sumqayıt, Masazır, indi də bura - Milli komanda Macarıstana qarşı
0
0