AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.
Apasport.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.
Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub:
- Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi;
- Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı;
- Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar;
- UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər.
- “Ordu”nun yeni baş məşqçisi müəyyənləşib
- Hüseyn Məhəmmədov: "Neftçi"nin legioner qapıçıya ehtiyacı yoxdur" - Müsahibə
- Mane: “Ən yaxşı cavabı sabah verəcəm”
- Təyyarədən məşqə: "Sabah" İrlandiyadadır
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə