AL: “Qarabağ”ın oyunlarının hakim təyinatları açıqlanıb
01.07.2026 - 17:13
AL: “Qarabağ”ın oyunlarının hakim təyinatları açıqlanıb

"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi "Vestri"yə qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib.

Apasport.az xəbər verir ki, Bakıdakı matçı moldovalı FIFA referisi Roman Jitari idarə edəcək.

Ona həmyerliləri Vlad Lifçu və Vadim Vikol kömək göstərəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək. VAR-da isveçrəli Luka Cibelli, AVAR-da Anoen Kanaqasinqam əyləşəcək.

Səfərdə görüşündə isə çexiyalı FIFA referisi Marek Radina söz sahibi olacaq. Yan xətt hakimləri Kamil Hayeklə Petr Kotalik, dördüncü hakim Daniel Vokoundur. VAR hakimi Tomaş Koçurek, AVAR hakimi Andrey Berka olacaq.

Xatırladaq ki, Bakıdakı oyun iyulun 9-da, saat 20:00-da, səfər qarşılaşması isə iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.