Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda Agentliyin yeni Strategiya layihəsi müzakirə olunub.
Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar.
Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib.
Bununla yanaşı, agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
- Çerçesov Rusiya klubundan ayrıldı - MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİ
- İngiltərəli vinger A Seriyası klubunda - RƏSMİ
- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq
- “Sabah” pley-off oyununun biletləri satışa çıxarılıb