Andorra millisinin baş məşqçisi Kaldo Alvares maraqlı açıqlama ilə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Andorrada futbolun inkişafından bəhs edib.
52 yaşlı mütəxəssis artıq cırtdan ölkələr üzərində qələbənin onları qane etmədiyini bildirib. O, Andorra yığmasının arzuladığı komandalardan birinin Azərbaycan yığması olduğunu gizlətməyib: “Cəmi 80 min əhalimiz olmasına baxmayaraq, FIFA reytinqində 206-cı yerdən 152-ci pilləyə qədər yüksəlmişik. Həmişə yuxarı baxırıq. İndi San-Marinonu və ya Lixtenşteyni məğlub etmək normaldır. Ona görə də Latviya, Litva və ya Azərbaycan kimi reytinqdə bizdən yuxarıda olanları məğlub etməyə çalışmalıyıq”.
Qeyd edək ki, Millətlər Liqasının D liqasında qərarlaşan Andorra yığması qrupda keçirdiyi ilk 4 oyunda 4 xal toplayıb. Azərbaycan yığması isə C liqasında eyni nəticəni göstərib.
- Millimiz yenə məğlub olub
- "Formula 1": İkinci sərbəst yürüş başa çatdı
- Zelim Kotsoyev: "Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim"
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
- "Lənkəran"ın legioneri: "Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur"