Andrade Azərbaycan çempionatlarında 100-cü oyununa çıxıb
07.04.2025 - 10:54
Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XXIX tura təsadüf edib.
25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.
Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.
Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- Millimizin Qazaxıstanla oyununun stadionu dəqiqləşdi
- “Siti”dən darmadağın, “Tottenhem”dən heç-heçə
- "Mançester Yunayted" Erik ten Haqla yollarını ayırıb - Rəsmi
- Rəşad Sadıqov Cəfərquliyev haqda: "Qurban müəllim belə qərar veribsə..."
0
0