Antonio Konte "Napoli"də
                    
                    05.06.2024 - 14:13
                        
                     
                    İtaliya A Seriya təmsilçilərindən "Napoli"nin yeni baş məşqçisi məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Baş məşqçi postuna Antonio Konte gətirilib. 54 yaşlı italiyalı ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli çalışdırıcı daha əvvəl "İnter", "Totenhem", "Çelsi", "Yuventus", "Atalanta" kimi nəhəng klublarda çalışıb.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                