“Araz-Naxçıvan” məşqləri bərpa edib
05.01.2025 - 18:49

"Araz-Naxçıvan" bu gün məşqləri bərpa edib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Dekabrın 22-də "Qarabağ" keçirilmiş matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəliblər.
2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak ediblər. Legionerlər isə sabahdan etibarə məşqlərə qatılacaqlar.
Komanda toplanış çərçivəsində 2 yolama oyunu keçirəcək. “Qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.
- Azərbaycanda 2 futbolçuya danışılmış oyunlara görə ömürlük diskvalifikasiya
- 86 illik tarixin 17-cisi – Emin Mahmudov
- Qalmaqallı "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı yeni qərar
- “Beşiktaş”da Osayi-Samuel problemi: TRANSFER DAYANDIRILDI
- Prezident İlham Əliyev Xankəndidə “Qarabağ”-MOİK oyunundan əvvəl çıxış edib
0
0