“Araz-Naxçıvan”da 6 müqavilə
17.07.2023 - 14:43
“Araz-Naxçıvan”ın məşqçilər korpusunun tərkibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Azər Bağırov baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi məşqçilər korpusunda 5 köməkçisi yer alacaq.
Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək. Baş məşqçi və köməkçiləri ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm I divizionun çempionu olaraq Premyer Liqaya yüksəlib.
- Sumqayıt şəhər birinciliyinin qalibləri müəyyənləşib
- "Qarabağ"ın sabiq qapıçısı: “Keçmiş komandama dəstək olacam” - Müsahibə
- “Əl-Hilal”dan Dembeleyə fantastik təklif – 200 milyon avro maaş
- Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu
- "Qarabağ”ın pley-off mərhələsinə düşəcəyinə inanmayan bizdən deyil"
0
0