Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bu gün yerli futbolçularla anlaşıb.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Naxçıvan təmsilçisi 11 oyunçu ilə anlaşıb. Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib. “Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də “Araz-Naxçıvan”a keçib. Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, buna qədər “Araz-Naxçıvan” 3 legionerlə - qapıçı Semir Bukviç, Nuno Miguel və Vandersonla anlaşıb.
- Britaniyalı milyarder "Mançester Yunayted"in alınması prosesində
- Devis "Bavariya" ilə yeni müqavilə imzalamaq istəmir
- “Turan Tovuz"un yoxlama görüşünün vaxtı bəlli olub
- Stankoviçin “Neftçi”dən gedişinin və digər klubumuzun təklifindən imtinasının səbəbi - MÜSAHİBƏ
- "Atletiko" Feliks üçün 50 milyon avro tələb edir