Misli Premyer Liqasının XIII turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, bunu Muxtar Respublika təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Komanda bu gün “Dalğa Arena”nın ehtiyat meydanında məşq keçib. Bir neçə fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra ikitərəfli oyunla hazırlığı yekunlaşdırıb.
Zədəli olan İqor Ribeyro fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında fərdi çalışıb. Onun “Kəpəz”lə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Kəpəz” oyunu noyabrın 10-da “Dalğa Arena”da keçiriləcək. Saat 19:00-da başlayacaq görüş “CBC Sport”la canlı yayımlanacaq. Matçı stadiondan izləmək istəyən azarkeşlər üçün giriş sərbəst (biletsiz) olacaq.
- Millimizin üzvü oynamadı, komandası xal itirdi
- I Liqa: Favoritlərdən inamlı qələbələr
- "Yuventus" mövsümə qələbə ilə başladı - VİDEO
- Elmir Çərkəzov yarımfinalda dayandı – Bürünc medal uğrunda güləşəcək
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ