Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Araz-Naxçıvan"ın "Benfika" (Portuqaliya) ilə cavab matçına təyinatlar açıqlanıb.
Apasport.az xəbər verir ki, matçı serbiyalı hakimlər Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcək.
Görüşün timekeeperi Srcan Mihayloviç (Serbiya), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.
Görüş dekabrın 5-də Lissabondakı "Pavilhao Fidelidade"də, saat 21:30-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
- “Napoli”də Spallettini Rudi Qarsiya əvəz edəcək
- Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları açıqlanıb
- AFFA-nın əməkdaşları UEFA nümayəndələri ilə görüşüblər
- Qurban Qurbanov: “Komandamız tam optimal formasından uzaqdır”
- “Qarabağ”ın həkimi: “Lunyov qarşıdakı matçda oynaya bilər”