“Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro Misli Premyer Liqasında yarışan klubların maraq dairəsindədir.
Braziliyalının bu mövsümkü performansı bir çox klubun diqqətini çəkib.
Apasport.az saytına verilən məlumata görə, Ribeyro böyük ehtimalla yeni mövsümdə komandada qalacaq. Belə ki, “Araz-Naxçıvan”ın aparıcı üzvünə çevrilmiş braziliyalı ilə müqavilə müddətini bir illik artırılması ehtimalı yüksəkdir.
Klub özü də ona bir illik müqavilə təklif edib. Onunla yayda 1+1 illik müqavilə imzalanıb. Ribeyronun müqavilə müddətinin artırılacağı gözlənilir.
İqor “Qama”, “Bandeyrante”, “Seylandiya”(hamısı Braziliya), “Takuari”(Paraqvay) klublarında oynadıqdan sonra 2023-cü il avqustun 3-də “Araz-Naxçıvan”a keçmişdi.
- “Barsa” ilə oyun öncəsi “İnter”də ciddi itki
- "Qarabağ" İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
- Birinci Liqa: "Qaradağ Lökbatan" və "Zaqatala"dan qələbə - YENİLƏNİB
- Azərbaycan – Ukrayna: Açıq məşq və mətbuat konfransının vaxtı açıqlanıb
- Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər - FOTO